Aprelin 21-də baş vermiş texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir.
“Sitat.ino” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.
Yenilənmiş intervallar aşağıdakı kimidir:
“Əhmədli–28 May” — 2 dəqiqə 30 saniyə → 2 dəqiqə 8 saniyə
“28 May–Dərnəgül” — 5 dəqiqə → 4 dəqiqə 15 saniyə
“28 May–İçərişəhər” — 5 dəqiqə → 4 dəqiqə 15 saniyə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri:
https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli
Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.