AZ

"Pozuntuya yol verən şəxslər cavab verməlidirlər" - Deputat

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının "Dövlət auditi" bülletenini nəşr olunub. Hesabatdan məlum olur ki, "Azerenerji", Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Gənclər və İdman Nazirliyi kimi qurumlarda milyonluq maliyyə nöqsanları aşkarlanıb.

Bəs dövlət qurumlarında yeyintilərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən açıqlanan hesabatlar artıq siqnal rolunu oynayır və əsas məsələ bu siqnalların real nəticələrə çevrilməsidir.  

Onun sözlərinə görə, dövlət vəsaitlərinin səmərəli idarə olunması üçün üç əsas istiqamət vacibdir.

"Şəffaflıq, məsuliyyət və güclü nəzarət. "Azerenerji" kimi qurumlarda satınalmaların tam açıq və rəqabətli keçirilməsi, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi kimi qurumlarda daxili audit mexanizmlərinin gücləndirilməsi, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi iri layihə icraçılarında xərclərin ictimaiyyət üçün daha əlçatan olması vacibdir.
Ən önəmlisi isə odur ki, aşkarlanan nöqsanlar yalnız hesabatlarda qalmasın. Konkret məsuliyyət tədbirləri görülməli, pozuntulara yol verən şəxslər cavab verməli və bu, sistemli xarakter almalıdır. Yalnız bu halda belə halların təkrarlanmasının qarşısını almaq mümkün olacaq", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
90
1
redaktor.az

2Mənbələr