Bakı. Trend:
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səmimiqəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəşəkkür edib.
Trend xəbər verirki, bu barədə Rinkeviçs öz rəsmi "X" sosial şəbəkə hesabındayazıb.
“Prezident İlham Əliyevlə çox səmimi və məzmunlu müzakirələrapardıq. İkitərəfli münasibətləri, regional təhlükəsizliyi vəenerji məsələlərini müzakirə etdik. Strateji tərəfdaşlar olaraqbundan sonra da sıx siyasi və iqtisadi əlaqələri inkişafetdirəcəyik. Səmimi qəbula görə Sizə təşəkkür edirəm, cənabPrezident”, – deyə Latviya Prezidenti qeyd edib.
Xatırladaq ki, aprelin 21-i axşam saatlarında LatviyaRespublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmisəfərə gəlib. Aprelin 22-də Rinkeviçsin rəsmi qarşılanma mərasimikeçirilib, daha sonra Azərbaycan və Latviya prezidentləri təkbətəkvə geniş tərkibdə görüşlər keçiriblər. Daha sonraAzərbaycan-Latviya sənədlərinin mübadiləsi baş tutub, Prezidentİlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxışediblər.