Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İranlıların səsini dünyaya çatdırmaq istəyirəm".
Redaktor.az xəbər verir ki, bu barədə İranın sürgündəki şahzadəsi Rza Pəhləvi açıqlama verib.
Bildirilib ki, Pəhləvi Almaniyaya səfəri çərçivəsində qanunvericilər, media nümayəndələri və İran diasporu ilə görüşlər keçirəcək.
O, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, məqsədi azadlıq uğrunda mübarizə aparan iranlıların səsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
“İranlılar azadlıq uğrunda mübarizə aparmağa davam edərkən, mən onların səslərinin eşidilməsini təmin etmək üçün Berlinə gəlmişəm”, – deyə o qeyd edib.
Pəhləvi əlavə edib ki, Almaniya Bundestaqında müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə görüşəcək, həmçinin media ilə müsahibələr verəcək və İran diasporu ilə bir araya gələcək.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.