AZ

Mərhum atasının xəstəliyindən danışdı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış şair Nazilə Səfərli qonaq olduğu televiziya proqramlarının birində mərhum atasının son günlərindən bəhs edərkən hər kəsi sarsıdan xatirələrini bölüşüb. Onun sözlərinə görə, atasının səhhətindəki ciddi problem məhz küçədə yaşadığı xoşagəlməz hadisə ilə özünü büruzə verib.Demokrat.az xəbər verir ki, şair atasının görmə qabiliyyətini itirdiyi üçün yolda müvazinətini itirərək yıxıldığını, lakin ətrafdakıların ona qarşı göstərdiyi soyuqluqdan gileylənib."Gözü görməyib və atam küçədə daşa ilişib yıxılıb, yarım saat qalıb bir insan ona yaxınlaşıb kömək etməyib. Qalxıb, kənardakılara deyib, siz nə qədər qəddar insanlarsınız. Tipimdə əyyaşlıq yoxdur ki... Bir insan qolumdan tuta bilərdi. Həkimə gedib, ona heç nə deməyiblər. Həkim bizə zəng etdi ki, atanızı filan yerə aparın. Artıq proses gedirmiş. Atamın gəncliyindən bir gözü yox idi, şüşə idi. Biz heç vaxt atamın gözünə baxmırdıq. Beynindəki şiş də onun görən gözünü tutubmuş, zəifləyib" deyə N.Səfərli atasının xəstəliyinin necə ağırlaşdığını sitat gətirərək bildirib.Gənclik illərindən bir gözünü itirən və protezlə yaşayan atasının sonradan beynində yaranan şiş digər gözünün də funksiyasını sıradan çıxarıbmış.Nazilə Səfərli bu hadisə ilə həm insanların laqeydliyini tənqid edib, həm də ailəvi yaşadıqları acını dilə gətirib.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
demokrat.az

1Mənbələr