AZ

Aİ Ukraynaya üzvlük tarixi verməyə hazır deyil Burcu Dəmir

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Zelenskinin Ukraynanı Gürcüstan kimi itirmək barədə xəbərdarlığı siyasi təzyiq vasitəsidir"

Ukrayna Prezidenti Vladimir Zelenski yenidən Avropa İttifaqına Ukraynanın quruma üzvlüyü üçün konkret tarix açıqlanmasını tələb edib. O bu barədə Niderlandın "Buitenhof" televiziya proqramında çıxışı zamanı bildirib.

Zelenski həmçinin xəbərdarlıq edib ki, əgər Kiyevin tələblərini yerinə yetirməzsə, Avropa İttifaqı Ukraynanı “Gürcüstanı itirdiyi kimi” itirə bilər. Onun sözlərinə görə, Aİ Ukraynanı “bərabər səviyyəli ölkə” kimi qəbul etməli və “sınaq versiyası” üzvlük yanaşmasından imtina edilməlidir.

Beynəlxalq Münasibətlər və Siyasət üzrə mütəxəssis Dr. Burcu Dəmir Sherg.az-a bildirib ki, Volodimir Zelenskinin tələbi müharibə şəraitində siyasi təminat axtarışının açıq təzahürüdür: 

"Ukraynanın mövcud olduğu qeyri-müəyyən vəziyyət strateji risk yaradır. Lakin Avropa İttifaqının genişlənmə prosesinin siyasi meyarlara bağlı olduğu da unudulmamalıdır. Bu səbəbdən Aİ-nin qısa müddətdə dəqiq tarix verməsi çətin görünür. Zelenskinin Ukraynanı Gürcüstan kimi itirmək barədə xəbərdarlığı isə siyasi təzyiq vasitəsidir. Bundan əlavə, NATO və Aİ üzvlüyünü məhdud hüquqlarla rədd etməsi də Kiyevin “tam inteqrasiya”dan başqa bir həll yolunu qəbul etməyəcəyini sübut edir. Bu, göstərir ki, Ukrayna bu istiqamətdə addımlar atmayacaq".

Analitik vurğulayıb ki, Zelenski haqlı olaraq təhlükəsizlik və aidiyyət tələbi irəli sürür:

"Aİ-nin ehtiyatlı yanaşması da öz daxili dinamikaları baxımından rasionaldır. Lakin bu gərginlik qısa müddətdə həll olunmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
50
sherg.az

10Mənbələr