Bu gün Azərbaycan Kubokunda mövsümün ikinci finalçısı bəlli olacaq.
Offsideplus.az xəbər verir ki, ikinvi yarımfinal cütünün cavab görüşündə "Sabah" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Artıq bu prinsipial oyun üçün bütün biletlər satılıb.
Qeyd edək ki, oyun bu gün keçiriləcək və saat 20:00-da start götürəcək.
Komandalar arasındakı ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Mövsümün ilk finalçısı isə "Zirə" oldu.