Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "BGP Inc."şirkəti arasında əməkdaşlığın genişləndirilməsi müzakirəedilib.
Trend xəbərverir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabındapaylaşım edib.
"Bu gün Çin Xalq Respublikasının “BGP Inc.” şirkətinin İdarəHeyətinin sədri və icraçı direktoru Ren Vencun ilə səmərəli görüşkeçirdik.
Görüş çərçivəsində SOCAR və “BGP Inc.” tərəfindən birgə təsisedilən “Caspian Geo” şirkətinin uğurlu fəaliyyətindən danışdıq,eyni zamanda cari layihələrin icrası, əməliyyat səmərəliliyininartırılması və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikirmübadiləsi apardıq", - paylaşımda qeyd edilib.