AZ

10 dan artıq ölkə Rusiya üçün ABŞ a müraciət etdi

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

10-dan çox ölkənin nümayəndəsi ABŞ-dan Rusiya neftinin alınması üçün müvəqqəti lisenziyanın müddətini uzatmağı xahiş edib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent deyib. O, Senatın Təxsisatlar Komitəsinin dinləməsində bildirib ki, hazırda müraciət dəyərləndirilir.Nazirin belə bir açıqlamasına səbəb senatorların ondan Rusiya nefti ilə əməliyyatlar üçün lisenziyanın uzadılması ilə bağlı şərh istəmələri olub. Besennt isə cavabında, "Ən həssas və ən böyük enerji çatışmazlığı ilə üzləşən 10-dan çox ölkənin nümayəndələri mənə müraciət edərək bu icazənin uzadılmasını xahiş etdilər. Bu, yalnız 30 gün müddətinədir", - deyə bildirib. Mehman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
newscenter.az

2Mənbələr