AZ

Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri şikayət əsasında işdən çıxarılıb

Bakı. Trend:

Daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsitərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcudvəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırmaaparılıb.

Trend xəbər verir ki, bu barədə Quba-Xaçmaz regional Təhsilİdarəsi məlumat yayıb.

Məlumata görə, Dostuyev Qələmşah Dostu oğlu sektor müdirivəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsilməktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarınınbölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyənedilib, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunununvə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə 20fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmətintizam tənbeh tədbiri tətbiq edilib.

Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuşşikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmışxidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqinitapıb.

Xidməti araşdırmanın nəticələrinə əsasən, AzərbaycanRespublikasının “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraqXaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostuoğlu dövlət qulluğundan azad edilmiş və onunla bağlanılmış əməkmüqaviləsinə xitam verilib.

Məqalədə:
Seçilən
101
26
az.trend.az

10Mənbələr