AZ

Abramoviç Britaniya hökumətini beynəlxalq məhkəməyə verib

Bakı. Trend:

İngiltərənin “Çelsi” klubunun keçmiş sahibi, biznesmen RomanAbramoviç Cersi adasında ona məxsus aktivlərin mənbələrininaraşdırılmasına görə Böyük Britaniya hökumətindən Avropa İnsanqHaqqları Məhkəməsinə şikayət edib.

Trend xəbər verirki, bu haqda Böyük Britaniyanın “The Times” nəşri sahibkarınvəkillərinə istinadən yazır.

“İttiham irəli sürülmədən, şəffaflıq və etibarlı sübutlar təqdimedilmədən illərlə davam edən istintaq Cersi hökuməti tərəfindənsəlahiyyətlərin açıq-aşkar aşılmasıdır və fundamental hüquqlarınpozulması deməkdir. Hakimiyyət orqanları əsas məlumatları gizlədirvə elementar prosedur standartlarını görməzdən gəlir, bu isə onugöstərir ki, bu, legitim hüquqi proses deyil, siyasi motivlərləşərtlənmiş bir prosesdir. Biz Avropa İnsan Haqqları Məhkəməsinin bunöqsanları təsdiqləyəcəyini və eyni qənaətə gələcəyinigözləyirik”,- deyə iş adamının nümayəndəsi bildirib.

Qeyd olunur ki, iddia ərizəsi Avropa İnsan HüquqlarıKonvensiyasının (AİHK) 6-cı maddəsi – ədalətli məhkəmə araşdırmasıhüququnun pozulması maddəsi üzrə təqdim olunub.

Abramoviç 10 mart 2022-ci ildə Ukraynada baş verən hadisələrləəlaqədar Birləşmiş Krallığın sanksiya siyahısına daxil edilib,bundan sonra onun Böyük Britaniyadakı aktivləri dondurulub.

Seçilən
63
25
az.trend.az

10Mənbələr