Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetində “İbtidai təhsil üçün gələcək nəsil müəllimlərin hazırlanması:qlobal trendlər, beynəlxalq təcrübə və innovativ texnologiyalar” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Özbəkistandan başqa Azərbaycan, Yaponiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin alimləri, ekspertlər iştirak edib.
Konfransı universitetin prorektoru Dilnoza Xoldorova açaraq ibtidai məktəblər üçün müəllimlərin hazırlanması sahəsində görülən işlərdən danışıb.
Konfransda “İbtidai məktəbdə dərsdənkənar fəaliyyətin təşkili metoddikası”,”İbtidai sinif şagirdlərində ictimai intellektin formalaşdırılması, “Əlişir Nəvai təlim-tərbiyəsinin nəzəri əsasları və müasir dövrdə əhəmiyyəti”,”Təhsil prosesində “polad metodu”, onun metodik və didaktik imkanları”, “İbtidai sinif şagirdlərində sosial zəkanın inkişafı” və digər mövzularda məruzələr dinlənilib.
Ölkəmizi bu tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti, Daşkənd Dünya Dilləri Universitetində Azərbaycan dilini tədris etmək üçün ezam olunmuş Sevinc Musayeva təmsil edib.
O, “Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə” mövzusunda məruzə edib.
Sevinc Musayeva öz çıxışında təhsildə informasiya-kommunikasiya texnologiyalarının rolu, təhsil prosesində İKT tətbiqləri, elektron təhsil resursları, onlayn təhsil platformaları, multimedia texnologiyaları, İKT-nin pedaqoji faydaları, tənqidi və yaradıcı təfəkkürün İnkişafı, əməkdaşlıq və ünsiyyət bacarıqlarının İnkişafı, davamlı təlim İmkanları, İKT-nin inkişafı perspektivləri mövzusundakı məruzəsi maraqla qarşılanıb.
Sonra konfransın aktiv iştirakçıları, o cümlədən Sevinc Musayeva diplomla təltif edilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.