AZ

Sürücülər arasında dava Ailəsinin yanında vurub qaçdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

İki sürücü arasında mübahisə dava ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində baş verən insident videoqeydiyyatçı tərəfindən qeydə alınıb.

Belə ki, yol hərəkəti zamanı iki sürücü arasında sözlü mübahisə yaranıb. İşıqforda dayanan vaxt “Lada Priora”nın sürücüsü avtomobilindən düşərək digər sürücünün yanına yaxınlaşıb. Ailəsinin gözü qarşısında zərərçəkənə qəfil yumruqla zərbə endirərək onu huşsuz vəziyyətə salıb və dərhal hadisə yerindən uzaqlaşıb. Zərərçəkən daha sonra şikayətlə polisə müraciət edib.

Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Zərərçəkənin ailəsinin gözü qarşısında baş verən bu zorakılıq faktı ictimai təhlükəsizliyin pozulması və xuliqanlıq maddələri ilə qiymətləndirilir.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
avtosfer.az

1Mənbələr