AZ

Media: Fransa “Rafale” təyyarələri üçün dron əleyhinə ucuz sursatlar hazırlayır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Fransa “Rafale” qırıcı təyyarələri üçün dron əleyhinə ucuz sursatlar hazırlayır.

AZƏRTAC xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, layihənin sürətlənməsinə Fransa təyyarələrinin Körfəz üzərində ucuz dronları vurmaq üçün bahalı MICA raketlərindən istifadə etməsi səbəb olub. Belə ki, çoxsaylı və ucuz dronlarla mübarizə aparmaq üçün eyni dərəcədə təsirli, lakin ucuz bir vasitə tapmaq lazım gəlib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Tehranla 2 həftəlik atəşkəs elan edib. Müharibənin 40 günü ərzində 3 min 375 iranlı həlak olub. Tehran və Vaşinqton aprelin 11-də İslamabadda danışıqlara başlasalar da, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

4Mənbələr