ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlk partiyanın may ayının əvvəlində göndərilməsi gözlənilir
İspaniyanın Ukraynaya xeyli sayda zirehli avtomobil göndərəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Marqarita Robles deyib.
Qeyd edək ki, Krallığın Müdafiə Nazirliyinin rəhbəri hazırda Kiyevdə səfərdədir.
Robles Madridin Kiyevə dəstəyini nəzərdə tutaraq deyib ki, “Ukrayna artıq İspaniyanın bir hissəsidir”.
Səfər zamanı nazir xeyli sayda taktiki zirehli maşın tədarük olunacağını elan edib. İlk partiyanın may ayının əvvəlində göndərilməsi gözlənilir. Tədarükə həmçinin döyüş sursatı da daxil ediləcək.
Nazir vurğulayıb ki, İspaniyada təlim keçmiş Ukrayna hərbçilərinin sayı 9 mini ötmək üzrədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.