AZ

“Latsio” penaltilərdə “Atalanta”nı məğlub edib İtaliya Kubokunun finalına yüksəldi

İtaliya Kubokunun 2025/2026 mövsümünün yarımfinal cavab oyununda “Atalanta” və “Latsio” qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Berqamoda yerləşən “Ceviss – Atletı Adzuri d’İtaliya” stadionunda keçirilib. Matçı baş hakim Andrea Kolombo idarə edib.

Oyun 1:1 hesabı ilə başa çatıb və penaltilər seriyasında 2:1 hesabı ilə “Latsio” qalib gəlib.

Matçda ilk qolu 84-cü dəqiqədə Roma təmsilçisinin müdafiəçisi Alessio Romanyoli vurub. İki dəqiqə sonra Mario Paşaliç hesabı bərabərləşdirib.

Penaltilər seriyasında daha dəqiq olan tərəf “Latsio” olub. Komandanın qapıçısı Edoardo Motta seriyada 4 zərbəni dəf edərək qələbədə həlledici rol oynayıb.

Finalda “Latsio” “İnter” ilə qarşılaşacaq. Oyun 13 may tarixində keçiriləcək.

Seçilən
126
90deqiqe.az

1Mənbələr