AZ

Qurban Qurbanov açıqladı: “Fasilədə ona dedim ki…” - VİDEO

“Epizoda baxdım, Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu “qırmızı” sənin hakimliyinə yaraşmadı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O oyunun baş hakimi Rəvan Həmzəzadənin “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə qırmızı vərəqə verdiyi epizodu şərh edib:

“Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi”.

Seçilən
76
sportinfo.az

1Mənbələr