AZ

“Heç bir əziyyət yadıma düşmür” - Dördqat Avropa çempionumuz

"Yarışlarda idmançıların qazandığı qızıl medalların arxasında böyük əziyyət, zəhmət dayanır".

Sportinfo.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı tarixi uğuru qızına həsr etdiyini bildirib:

"Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü "qızıl"ımı qazanıram. Həqiqətən də bu "qızıllar"ın arxasında böyük əziyyət, zəhmət dayanır. Bu "qızıl"ı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu "qızıl" olur. Bu "qızıl"ımı, tarixi uğurumu qızıma həsr edirəm".

Həsrət Cəfərov qızıl medal uğrunda qarşılaşmada türkiyəli Murat Fırata 7:5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da o, Azərbaycan yunan-Roma güləşində ilk 4 qat Avropa çempionu adına sahib çıxıb.

Seçilən
91
sportinfo.az

1Mənbələr