AZ

Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı. Əminəm ki, Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

Seçilən
25
23
yeniazerbaycan.com

10Mənbələr