AZ

Tehran münaqişəyə son qoymaq üçün əsas şərti açıqlayıb

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ atəşkəsi kobud şəkildə pozduğu üçün Hörmüz boğazının açılması mümkün deyil”

“ABŞ atəşkəsi pozduğu, dəniz blokadası davam etdiyi müddətdə, İran Hörmüz boğazını açmayacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

Spiker vurğulayıb ki, ABŞ atəşkəsi kobud şəkildə pozduğu üçün Hörmüz boğazının açılması mümkün deyil.

Parlamentin sədri “X” sosial media hesabında yazıb: "Tam atəşkəs yalnız dəniz blokadası ilə, qlobal iqtisadiyyatı girov götürməklə pozulmadıqda məntiqli olur".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İslam Respublikasına zərbələri təxirə salmaq barədə razılığına baxmayaraq, dəniz limanlarının blokadası davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
ayna.az

1Mənbələr