AZ

Urmuda 1500 nəfər işini itirdi

Urmuda

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yerləşən "Maral" qoşqu istehsalı zavodu fəaliyyətini dayandırıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Zavodun bağlanması nəticəsində 1500 nəfərin işini itirdiyi bildirilib.

İşçilərin müraciətlərinə baxmayaraq, zavodun tətil edilməsinin səbəbləri və yenidən açılıb-açılmayacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, "Maral" qoşqu zavodu İranın ən böyük qoşqu istehsalçılarından biridir.

Seçilən
71
2
xalqcebhesi.az

3Mənbələr