AZ

Azərbaycanın daha 3 qadın güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Bakı, 23 aprel, AZƏRTAC

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) yarışa təsnifat, Birgül Soltanova (65 kiloqram) 1/4 finaldan başlayacaq.

Günay Qurbanova (59 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Seçilən
10
3
azertag.az

4Mənbələr