AZ

Ağstafada məktəblilər arasında davada bir nəfər bıçaqlanıb

AĞSTAFA, 23 aprel. TELEQRAF

Ağstafada məktəbdə iki şagird arasında dava zamanı onlardan biri bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə dünən rayon mərkəzindəki 3 saylı tam orta məktəbində baş verib.

Xəsarət alan 8-ci sinif şagirdi U. İsmayılovdur.

Hadisə ilə bağlı polis əməkdaşları tədbirlər görür.

Seçilən
51
teleqraf.com

1Mənbələr