Tərtər rayonu ərazisində Bərdə-Tərtər magistral avtomobil yolunun və Bayraq Meydanı kompleksi ərazisinin Tərtərçay ətrafında sel və daşqın sularından mühafizəsi tədbirləri ilə əlaqədar 2 434 486 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, mühafizə tədbirlərini “TNN” QSC həyata keçirəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” public hüquqi şəxs və QSC arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 23 Aprel 2026, 10:48