AZ

Abşeron Rayon İcra Hakimiyyəti vergi borcu olan şirkətlə satınalma müqaviləsi imzalayıb?

ain.az bildirir, Bizimyol portalına istinadən.

Abşeron Rayon İcra Hakimiyyəti "Premyer Prodakşin" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Bizimyol.info xəbər verir ki, qurum şirkətdən Qurban bayramı üçün bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə şirkətə 96 000 manat ödəniləcək. Sovqatlar 1600 paydan ibarət olacaq, hər biri 3 kq ət, şəhid ailələri, qazilər və aztəminatlılara paylanacaq. Təxmini hesablamalara görə, icra hakimiyyətinin şirkətdən aldığı ətin 1 kiloqramı 20 manata düşür. Bazarda ətin kiloqramı 17-19 manat arasında dəyişir. Şirkət əsasən jurnal, çap və turizm fəaliyyəti ilə məşğuldur, nizamnamə kapitalı 10 manatdır və 8739,75 manat vergi borcu var.

Bəs Abşeron Rayon İcra Hakimiyyəti niyə vergi borcunu ödəməyən və əsas fəaliyyəti jurnal, çap və turizm sahəsi olan “Premyer Prodakşin” MMC-dən ət alır?

Yaranan sualla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirildi ki, "Premyer Prodakşin" şirkəti ilə satınalma proseduru yekunlaşıb, yaxın günlərdə müqavilənin bağlanması planlaşdırılır: “Şirkətin vergi borcu ilə bağlı bildirmək istəyirik ki, satınalma prosedurunun qiymətləndirilməsi zamanı, yəni 16 mart 2026-cı il tarixli arayışa əsasən "PREMYER PRODAKŞİN" Məhdud Məsuliyyətli Cəmiyətinin vergilər üzrə, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizlikdən sığorta haqqı üzrə və icbari tibbi sığorta haqqı üzrə borcu olmadığı məlum olmuşdur.

Sorğunuzda qeyd olunan borc hal-hazırda İnternet Vergi Sistemində vergi borcu kimi qeyd olunmur.

Sorğunuza cavab olaraq bildiririk ki, satınalma prosedurunun qiymətləndirilməsi zamanı əvvəlcədən irəli sürülən tələblərə görə ən azı 1 analoji müqavilə tələb olunur. Şirkət təklif verən zaman 3 analoji müqavilə təqdim etmiş, tədbirə ən aşağı qiymət təklif verdiyindən prosedurda qalib seçilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Yekun Protokol məqsədəuyğun sayılaraq, təsdiq edilib.

Keçirilən tədbir zamanı heyvanların alışı, kəsim, xüsusi soyuducalarda bir müddət dinləmədə saxlanılması, bölgüsü, daşınma və paylanma işlərinin həyata keçirilməsi nəzərdə tutulub”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
bizimyol.info

1Mənbələr