AZ

İranın gücü ŞOKA SALDI: hərbi arsenal HƏRƏKƏTƏ KEÇDİ, ordu ABŞ-ı QORXUTDU – TV Musavat – Canlı debat

ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası Vaşinqtonun mövqelərini gücləndirmək əvəzinə, əksinə, zəiflədib.

Publika.az xəbər verir ki, bu barədə "The National Interest" nəşrində dərc olunan məqalədə qeyd olunur. Bildirilir ki, hərbi əməliyyatların başlanmasından sonra blokada artıq təzyiq aləti olmaqdan çıxaraq eskalasiyanı artıran amilə çevrilib və Tehranın imkanlarını genişləndirib.

Nəşr qeyd edir ki, mövcud şəraitdə bu cür addımlar Vaşinqtona real üstünlük qazandırmır. Həmçinin vurğulanır ki, regionda əvvəlki vəziyyətə qayıdış artıq mümkün ssenari kimi nəzərdən keçirilmir.

Xatırladaq ki, iki həftə əvvəl Tehran və Vaşinqton arasında atəşkəs elan olunub və İslamabad şəhərində danışıqlar aparılıb. Lakin görüşlər nəticəsiz başa çatıb. Növbəti görüşün çərşənbə günü keçirilməsi planlaşdırılsa da, İran tərəfi iştirakdan imtina edib.

İrana endirilən zərbələrə baxmayaraq, bu ölkənin hərbi imkanlarının tam sıradan çıxmadığı bildirilir.

Musavat.com xəbər verir ki, CBS telekanalının yaydığı məlumata görə, amerikalı rəsmilər İranın hələ də Tramp administrasiyasının ictimaiyyətə açıqladığından daha böyük hərbi gücə malik olduğunu düşünür.

Məlumata əsasən, İranın ballistik raketlərinin və buraxılış sistemlərinin təxminən 50 faizi zərər görmədən qalıb. Həmçinin, SEPAH-ın, xüsusilə kiçik hücum katerlərindən ibarət hərbi-dəniz qüvvələrinin təxminən 60 faizinin hələ də fəaliyyət göstərdiyi və gəmiçiliyə mane olmağa davam etdiyi vurğulanır.
Bundan başqa, İran Hərbi Hava Qüvvələrinin də təxminən üçdə ikisinin kütləvi zərbələrə baxmayaraq işlək vəziyyətdə qaldığı qeyd olunur.

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset əməliyyatın qəti qələbə ilə başa çatdığını və İrana ciddi zərbə vurulduğunu bildirsələr də, kəşfiyyat qiymətləndirmələri İranın hələ də raket, pilotsuz uçuş aparatları buraxmaq və xüsusilə region ölkələrinə qarşı hücumlar həyata keçirmək imkanına sahib olduğunu göstərir.

Gündəmdəki bir çox xəbərlərin təhlilini bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
62
50
musavat.com

10Mənbələr