AZ

“Drujba” kəməri ilə Slovakiyaya neft tədarükük bərpa olunub

Bakı, 23 aprel, AZƏRTAC

Üç aylıq fasilədən sonra “Drujba” kəməri ilə Slovakiyaya neft tədarükük bərpa olunub.

AZƏRTAC xəbər verir ki, CTK agentliyi bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovaya istinadla məlumat yayıb.

Məlumata görə, xam neft ölkəyə cümə axşamı yerli vaxtla saat 02:00-dan etibarən daxil olmağa başlayıb.

Xatırladaq ki, Ukrayna yanvarın 27-də “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft nəqlini dayandırıb. Nəticədə Slovakiyanın Baş naziri Robert Fitso boru kəməri bərpa olunanadək Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağını bildirib.

 

Seçilən
69
2
azertag.az

3Mənbələr