AZ

PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib

Bakı. Trend:

PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsindəinvestorlar və bazar iştirakçıları ilə görüş keçirib.

Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini BəhruzNağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EYşirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev,Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, BakıFond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞAKapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirakediblər.

23 aprel 2026-cı il tarixində baş tutan tədbir zamanı Nağıyevbildirib ki, IPO investorlar üçün yeni imkanlar yaradır və bazardaşəffaflığı artırır.

“İctimai bazara çıxış korporativ idarəetmə standartlarımızındaha da möhkəmlənməsinə və investorlarla münasibətlərin yenimərhələyə keçməsinə şərait yaradır. Biz uzunmüddətli dəyəryaratmağa fokuslanaraq bütün maraqlı tərəflər üçün davamlı inkişaftəmin etməyi hədəfləyirik,”- deyə, Nağıyev qeyd edib.

Tədbir çərçivəsində keçirilən panel müzakirəsində IPO-nunkapital bazarına təsiri, infrastrukturun hazırlıq səviyyəsi vəinvestorlar üçün açılan imkanlar müzakirə olunub. Eyni zamanda,abunə kampaniyasının gedişi, rəqəmsal kanalların hazırlığı, xariciinvestorların cəlb olunması, hesablaşma və uçot sistemlərinininkişafı, eləcə də bazarın gələcək perspektivləri diqqət mərkəzindəolub.

PAŞA Bank 13 aprel 2026-cı il tarixində IPO çərçivəsindəsəhmlərinin abunə yazılışına start verdi. Abunə yazılışı 12 may2026-cı il tarixinədək davam edəcək. Bank kapitalının 5%-ni təşkiledən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhminilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimalalış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründəəvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır.Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyatakeçirilir.

Məqalədə:
Seçilən
39
4
az.trend.az

5Mənbələr