AZ

Kolumbiyada gərginlik artır

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Kolumbiyanın cənub-qərbindəki Mokoa şəhərində silahlı şəxslərin törətdiyi hücumda 5 gənc dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Putumayo departamentinin mərkəzi Mokoa şəhərində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu təxmin edilən hücum baş verib.

Hücum nəticəsində 5 gənc həyatını itirib, bölgəyə çox sayda təhlükəsizlik qüvvəsi cəlb olunub. Mokoa hökumət katibi Missen Xavyer Ordonez mətbuata verdiyi açıqlamada qətllərin araşdırıldığını bildirərək:

"Silahla öldürülmüş 5 cansız bədən tapılıb. Görünür, hadisə ötən gecə baş verib, meyitlərin üzərində texniki ekspertiza davam edir", - ifadəsini işlədib.

Şəhərdə son vaxtlar artan oğurluq, qəsb, qətl və digər təhlükəsizlik hadisələri vətəndaşların etirazına səbəb olub.

Şəhərdə həyəcan vəziyyəti elan edilərkən, yerli rəsmilər hadisənin aydınlaşdırılması və məsuliyyət daşıyan şəxslərin tutulması məqsədilə görüləcək təcili tədbirləri müəyyənləşdirmək üçün fövqəladə təhlükəsizlik şurasını toplayıblar.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
138
1
cebheinfo.az

2Mənbələr