AZ

Darıxdığı üçün meşələri yandıran şəxs SAXLANILDI

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tailandda meşə yanğınları törədən bir şəxs polis tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

Məlumata görə, gənc şəxs meşəlik ərazidə alışqanla görülüb. Hüquq-mühafizə orqanları onun həmin ərazidə olmasının səbəbini soruşsa da, o, aydın izah verə bilməyib. Bundan sonra şübhəli şəxs polis bölməsinə aparılıb.

Dindirilmə zamanı saxlanılan şəxs meşələri özü yandırdığını etiraf edib. Onun sözlərinə görə, bunu darıxdığı və “əylənmək üçün” edib. O, yanğınsöndürənlərin və meşə mühafizəçilərinin hadisəyə müdaxiləsini izləmək istədiyini bildirib.

Daha sonra həmin şəxsə təbii sərvətlərə zərər vurmaq maddəsi ilə ittiham irəli sürülüb. Hazırda o, nəzarət altında saxlanılır. Cəza ilə bağlı qərarın hələ açıqlanmadığı qeyd olunub.

Tailand rəsmiləri bildiriblər ki, ölkədə meşə yanğınları vaxtaşırı həm təbii səbəblərdən, həm də insan fəaliyyəti nəticəsində baş verir. Lakin yalnız əyləncə məqsədilə qəsdən yanğın törədilməsi nadir hadisə hesab olunur.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
redaktor.az

2Mənbələr