AZ

Bakıda şəxs polisə balta ilə MÜQVİMƏT GÖSTƏRİB- GÖRÜNTÜLƏR

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat xidmətindən məlumat verilib. Ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istintaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (Qafqazinfo)

Seçilən
75
31
Ajans.az

10Mənbələr