AZ

Demokratların İran planı beşinci dəfə çökdü: Vaşinqtonda gərgin səsvermə

ABŞ Senatı Prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq cəhdini növbəti dəfə rədd edib.

Musavat.com xəbər verir ki, AP agentliyinin yaydığı məlumata görə, Amerikanın İranla müharibədə iştirakını dayandırmağı tələb edən qətnamə layihəsi 46 səsə qarşı 51 səslə qəbul edilməyib.

Sözügedən sənəd Konqres rəsmi icazə verənə qədər ABŞ qoşunlarının münaqişə zonasından çıxarılmasını tələb edirdi.

Senatdakı demokratların lideri Çak Şumer qərarı sərt tənqid edərək bildirib ki, Tramp qoşunları çıxarmağı nə qədər çox gecikdirsə, ölkənin düşdüyü quyu bir o qədər dərinləşəcək və oradan çıxmaq daha da çətinləşəcək.

Digər tərəfdən, Senatdakı respublikaçı çoxluğun lideri Con Tun prezidentin mövqeyini müdafiə edərək, dövlət başçısının İranın nüvə silahı ilə dünyanı təhdid etməsinin qarşısını almağa çalışmaqda haqlı olduğunu vurğulayıb.

Bu, Trampın İran siyasətinə qarşı Senatda uğursuzluqla nəticələnən beşinci cəhddir və bu qərar Ağ Evin bölgədəki hərbi manevr imkanlarını daha da gücləndirir.

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr