AZ

“İranda başladığımız işi bitirməliyik” ABŞ senatoru

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"ABŞ İranda başladığı işi tamamlamalıdır".

Redaktor.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasından senator Rocer Marşall deyib.

Bildirilib ki, senator Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-nin “İranda başladığı işi başa çatdırmalı” olduğunu deyib.

Marşall qeyd edib ki, Hörmüz boğazında yaranan gərginlik yanacaq qiymətlərinə təsir göstərsə də, ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasəti davam etdirilməlidir. Onun sözlərinə görə, bu, “azadlığın və gələcək nəsillərin qorunması üçün zəruri addımdır”.

“Bəzən azadlıq pulsuz olmur. İran 47 ildir ABŞ-yə qarşı düşmənçilik edir. Biz onların qarşısında dayanmalıyıq və işi başa çatdırmalıyıq. İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – deyə senator bildirib.

O həmçinin iddia edib ki, İranın nüvə silahı əldə etməsi halında enerji qiymətləri arta, Hörmüz boğazında uzunmüddətli blokada yarana və ABŞ təhlükəsizliyi risk altına düşə bilər.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
redaktor.az

2Mənbələr