Ermənistanda Seçkiyə qatılan radikal yönümlü partiyalardan birinin Serj Sarkisyan tərəfindən maliyyələşdiyi qeyd olunur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda seçkilərə qatılan “Birlik Qanadları” partiyasının nümayəndəsi Armen Qalstyan partiyanın üçüncü prezident Serj Sarkisyan tərəfindən maliyyələşdirilməsi barədə iddiaları rədd edib.
O, həmçinin radikal-revanşist mövqeyi ilə tanınan “Ayakve” təşkilatı ilə əməkdaşlığın dayandırıldığını təsdiqləyib. Səbəb kimi yanaşmalardakı fikir ayrılıqları və sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması müddətinin yaxınlaşması göstərilib.
Bununla belə, Qalstyan gələcəkdə bu əməkdaşlığın yenidən mümkün ola biləcəyini də istisna etməyib və əlaqələrin hazırda da tam kəsilmədiyini deyib.
Ermənistanda seçkiöncəsi mərhələdə xüsusilə keçmiş hakimiyyətə bağlı və revanşist dairələrin maliyyə mənbələri, qarşılıqlı əlaqələri və yeni ittifaqları diqqət çəkir.
Musavat.com