PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, Mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm"
Demokratik dəyərlərə sadiqliyi ilə seçilən ölkəmizdə demokratik seçki keçirilməsi üçün mükəmməl qanunvericilik bazasının olması və seçkilərin demokratik prinsiplər əsas tutaraq seçkilərin nəticələri xalqın iradəsini özündə əks etdirir. Bu baxımdan, Prezident İlham Əliyevin sərəncamı ilə bu il fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə bağlı qərar da məhz bu zərurətdən irəli gəldi.
Qeyd edək ki, 2018-ci ildə ölkə Prezidenti seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ölkəmizin ərazi bütövlüyünün bərpası prosesinin tamamlanması mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bildirdi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur: "Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik".
Bəli, artıq 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən ötən 5 il ərzində qalib Liderimizin verdiyi sözlər əməlləri ilə həyata keçirilməkdədir. Və son illərin uğurlu nəticələrinə əsaslanaraq birmənalı şəkildə deyə bilərik ki, 2024-cü il fevralın 7-də baş tutacaq Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq növbəti 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Və üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Və beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Bütün bunları nəzərə alaraq tam əminliklə bir daha deyə bilərik ki, 2024-cü il 7 fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadılıqla bərpa olunuan, cənnət məkana çevrilən öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Çünki bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Və bu gün…
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN - "MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM" TARİXİ MÜRACİƏTİNƏ VERDİYİ VƏDLƏRİ YERİNƏ YETİRMƏKLƏ ƏMƏLDƏ TƏSDİQ EDƏN PREZİDENT İLHAM ƏLİYEV SON 20 İLDƏ AZƏRBAYCAN XALQININ BÖYÜK SEVGİSİNİ QAZANIB
Ümummilli Lider Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" sözlərini xalqa verdiyi vədləri yerinə yetirməklə əməldə təsdiq edən Prezident cənab İlham Əliyev Azərbaycan xalqının böyük sevgisini qazanıb. Məhz Prezident cənab İlham Əliyevin "Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi" - sözləri Azərbaycan xalqının müdrik seçiminin məntiqi nəticəsidir.
Qalib liderin səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, 20 il əvvəl xalqın böyük etimad göstərdiyi Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolu uğurla davam etdirərək xalqa verdiyi sözə tam əməl etdi. Beləliklə də, Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edərək üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Bütün bu uğurlarla "Nəyi, necə, nə vaxt etmək lazımdır, biz bunu bilirik" fikrini əməli fəaliyyəti ilə təsdiq edən cənab İlham Əliyevin növbədənkənar seçkilərdə iştirakı hər bir Azərbaycan vətəndaşını sevindirir. Çünki bu gün Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ"unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruğ"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu. Dövlət başçımızın söylədiyi kimi: "Bizim qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir". Və artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı artıq bərpa olunub. Bütün bu uğurlar….
QALİB LİDERİN SÖZÜNÜN VƏ ƏMƏLİNİN VƏHDƏTİNİN NÜMAYİŞİDİR
Bəli, sözü imzası qədər dəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Belə ki, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.
Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Prezident İlham Əliyev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!
Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdir ki, "Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi".
Bəli, artıq o günə - 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə az vaxt qalıb və seçki günü dəmir siyasi iradə və xalqın birliyi öz sözünü deyəcək.
RƏFİQƏ KAMALQIZI