AZ

Yamal zədələndi: Dünya Çempionatını da buraxa bilər


”Barselona” klubu və İspaniya millisinin hücumçusu Lamin Yamal İspaniya La Liqasının 33-cü turunda “Selta Viqo” ilə oyunda (1-0) zədələnib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Nəşrin məlumatına görə, Yamal penalti zərbəsini yerinə yetirərkən zədə alıb. Daha sonra isə o əvəz edilib.
Nəşrin bildirdiyinə görə, ilkin testlər bud əzələsinin yırtılmasını göstərir.
Əgər diaqnoz təsdiqlənsə, Yamal mövsümün qalan hissəsini və Dünya Çempionatının ilk oyunlarını buraxacaq.
Seçilən
74
yeniavaz.com

1Mənbələr