AZ

Kompani yarımfinaldakı qələbədən sonra belə danışdı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Almaniya Kubokunun dünən baş tutan yarımfinalında "Bayer Leverkuzen"i 2:0 hesabı ilə məğlub edən "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani "Bay Arena"da qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, cari mövsüm çempionluğu vaxtından əvvəl rəsmiləşdirən Münhen komandasının çalışdırıcısının sözlərini "Bayern&Germany" belə çatdırıb:

"İlk yarıda çox yaxşı oynadıq. Rəqibin əl-qol açmasına imkan vermədik. İkinci hissəyə "Bayer" yaxşı başladı, bizi dərin müdafiə olunmağa məcbur etdi. Lakin bunun öhdəsindən yaxşı gəldik. Mövcud vəziyyətdən zövq alırıq. Çünki söhbət mövsümü iki titulla başa vurmaqdan gedir".

"Bayern Münhen" finalda "Ştutqart" - "Frayburq" cütünün qalibi ilə üz-üzə gələcək.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
fanat.az

2Mənbələr