AZ

Ukraynada heç kim ərazi itkilərini qəbul etməyəcək - Budanov

Ukraynada heç kim ərazi itkilərini qəbul etməyəcək.

Missiya.Az "Lenta"ya istihnadən xəbər verir ki, bu açıqlamanı Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov Kiyev Təhlükəsizlik Forumu zamanı verib.

"Sülh arzusu sağlam düşüncədir, zəiflik əlaməti deyil və Ukraynada heç kim Ukrayna ərazisinin itirilməsini qəbul etməyəcək", - deyə o bildirib.

Prezident Administrasiyasının rəhbəri ABŞ-ni Kiyevin strateji müttəfiqi adlandırıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski isə Yaxın Şərqdəki münaqişə səbəbindən Vaşinqtonun diqqətinin dəyişdiyini dilə gətirmişdi. Onun sözlərinə görə, Ukrayna böhranının həlli təxirə salına bilməz.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr