AZ

ATƏT Ermənistanda 2026 parlament seçkilərinə geniş müşahidə missiyasıGÖNDƏRİR

ATƏT/DTİHB Ermənistanda 2026 parlament seçkilərini müşahidə edəcək

Redaktor.az xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 7 iyun 2026-cı il parlament seçkilərini izləmək üçün Ermənistana müşahidə missiyası göndərmək qərarını təsdiqləyib.

Bildirilib ki, missiya Ermənistan hökumətinin dəvəti əsasında formalaşdırılıb və seçkiqabağı ehtiyacların qiymətləndirilməsi nəticələrinə əsaslanır.

Məlumata görə, missiyanın əsas komandası 13 ekspertdən ibarət olacaq və Yerevanda fəaliyyət göstərəcək. Bundan əlavə, mayın 1-dən etibarən ölkə üzrə 30 uzunmüddətli müşahidəçi yerləşdiriləcək. Seçkilərə yaxın günlərdə isə 250 qısamüddətli müşahidəçinin də Ermənistana gələcəyi bildirilir.

Qeyd olunub ki, müşahidəçilər ATƏT-in 28 iştirakçı dövlətini təmsil edir. Missiyaya Yanez Lenarçiç rəhbərlik edəcək.

ATƏT/DTİHB-nin açıqlamasına görə, müşahidə prosesi seçki kampaniyası, sosial media fəaliyyəti, maliyyələşmə, seçkilərin təşkili, hüquqi çərçivə, media mühiti və seçki şikayətlərinin araşdırılması daxil olmaqla bütün mərhələləri əhatə edəcək.

Lenarçiç bildirib ki, müşahidəçilər həm paytaxtda, həm də regionlarda siyasi partiyalar, dövlət qurumları, media və vətəndaş cəmiyyəti ilə görüşlər keçirəcək.

Qeyd edilib ki, seçki günü missiyaya ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti nümayəndələri də qoşulacaq.

Seçkilərdən əvvəl aralıq hesabat, seçkilərdən sonra isə ilkin nəticələr və yekun hesabatın dərc olunacağı bildirilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
39
1
redaktor.az

2Mənbələr