"Mən Anna Akopyanın qərarı ilə razı olduğumu bildirməmişdim".
Azreform.info -ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı yayılan şayiələri bu cür şərh edib.
"Anna bu barədə (boşanma barədə — red.) elan edəndə, mən bu qərara hörmət etdiyimi söyləmişdim, lakin onunla razı olduğumu deməmişdim. Təbii ki, bu məntiqdən çıxış edərək, qeyd etdiyiniz hadisənin (yenidən birləşmənin — red.) baş tutması üçün səylər göstərmişəm. Şadam ki, bu, baş verir və şadam ki, ailəmizi qorumaq üçün daha bir şansım var", — deyə Paşinyan brifinq zamanı bildirib.