AZ

ATƏT Ermənistandakı parlament seçkilərinə müşahidə missiyası göndərəcək

BAKI, 23 aprel. TELEQRAF

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ODIHR) iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəyə müşahidə missiyası göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Armenpress" agentliyi yayıb.

Məlumata görə, missiya Ermənistan hakimiyyətinin dəvəti və ilkin ehtiyacların qiymətləndirilməsi əsasında formalaşdırılıb.

Seçilən
39
2
teleqraf.com

3Mənbələr