AZ

Dövlət Xor Kapellasının yaranmasının 60 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti baş tutdu FOTO

ain.az bildirir, Milli.az portalına istinadən.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının yaranmasının 60 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti baş tutdu. Gecədə kollektivə baş xormeyster xalq artisti Gülbacı İmanova rəhbərlik etdi.

Konsert proqramı dünya və Azərbaycan musiqi incilərini əhatə edən zəngin repertuarı ilə seçildi. Axşam A.Vivaldi-nin "Gloria" əsəri ilə açıldı və O.Lasso, A.Varlamov, C.Saint-Saens, İ.Dunayevski, Q.Qarayev, A.Əlizadə, Q.Məmmədov kimi bəstəkarların əsərləri səsləndirildi. Bununla yanaşı Azərbaycan xalq musiqisi nümunələri və klassik opera parçaları - G.Handel, C.Rossini, G.Verdi, kimi dahi bəstəkarların əsərlərindən seçmələr musiqisevərlərə təqdim olundu. Musiqili gecədə həmkarları və dəvət olunan qonaqlar yubilyarı təbrik etdilər.

Konsertdə solistlər - Xalq artistləri Samir Cəfərov (tenor), Gülnaz İsmayılova (soprano), Anastasiya Pavelko (soprano), Əməkdar artistlər Tural Ağasıyev (tenor), Zenfira İsmayılova (soprano), Anar Şuşalı (tenor), Səbinə Əsədova (mezzo soprano) və Nigar Əsgərova (soprano), Əliəhməd İbrahimov (tenor), Elnur Hüseynov (vokal), Fərid Əliyev (tenor), Anton Ferştandt (bariton), Nina Makarova (mezzo soprano), Səidə Şərifəliyeva (soprano), həmçinin instrumental ifaçılar Əməkdar artist Sahib Paşazadə (tar) və Fariz Hüseynov (kamança), Emin Cəbrayılov (nağara) çıxış etdilər.

Musiqiçiləri konsertmeysterlər Svetlana Əhmədova, Səidə Tağızadə, Yekaterina Savvateyeva, Vəfa Əzizova, Nərmin Rzayeva və Tofiq Şıxıyev müşayiət etdilər.

Finalda Üzeyir Hacıbəylinin "Ey Vətən" əsəri səsləndirildi və yubiley konserti alqışlarla başa çatdı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
news.milli.az

10Mənbələr