
“Qarabağ hərəkatı ilə biz çıxış yolu olmayan bir yerə qədəm qoyduq”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Qarabağ hərəkatı Ermənistan Respublikasına və erməni xalqına xidmət etmədi. Qarabağ hərəkatı Ermənistan xalqının və Ermənistan Respublikasının qurban statusundan heç vaxt ayrılmamasını istəyənlərə xidmət etdi:
“Və daha əminliklə deyirəm ki, dövləti bu tələdən, əlbəttə ki, qurbanlar və fədakarlıqlar bahasına çıxardım”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az