AZ

Dövlət Neft Fondunun dollar portfelinin 35 faizindən çoxunu qızıl investisiyaları təşkil edir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 71,1 faizini, avro 16,9 faizini, funt sterlinq 4,8 faizini, Çin yuanı 2,3 faizini, Yaponiya yeni 1,3 faizini, digər valyutalar isə 3,6 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-nin 2026-cı ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabata görə, ABŞ dolları portfelinin 26 milyard 146,2 milyon dollarlıq hissəsini (35,6 faiz) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, Neft Fondunun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat), mart ayının 31-nə isə 73 milyard 515,9 milyon dollar (124 milyard 976,9 milyon manat) təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
2
azertag.az

3Mənbələr