AZ

Geosiyasi gərginliklər Azərbaycan fondunu da "vurub" - Aktivləri fevral və martda 6 milyard dollar "əriyib"

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar-mart ayları (1-ci rüb) üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatı dərc edib. 

Marja.az-ın məlumatına görə, əgər 2026-cı ilin yanvar ayının sonunda Fondun cəmi aktivlərinin məbləği 79,5 milyard dollara çatmışısa, fevral ayının sonunda 79,1 milyard dollara düşüb, mart ayının sonunda isə 73,5 milyard dollara yüksəlib. Fevral Mart dövründə Fondun aktivlərində 6 milyard dollarlıq "ərimə" olub. 

2026-cı ilin mart ayına ARDNF-nin aktivləri: 73 milyard 516 milyon ABŞ dolları,

2026-cı ilin əvvəlində ARDNF-nin aktivləri: 73 milyard 541 milyon ABŞ dolları,

2026-cı ilin ilk 3 ayında aktivlərin dəyişməsi: - 25 milyon ABŞ dolları.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

ARDNF qeyd edib ki, 2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratmışdır. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə vermişdir. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərmişdir.

Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.

Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.

Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır.

Seçilən
121
29
marja.az

10Mənbələr