AZ

ABŞ Senatı Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran layihəni yenə rədd ETDİ

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Senatı Trampın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdıran layihəni rədd edib

Redaktor.az "CBS News"a istinadən xəbər verir ki, ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı müharibə aparmaq səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini növbəti dəfə rədd edib.

Bildirilib ki, səsvermə nəticəsində layihə 51 səs əleyhinə, 46 səs lehinə olmaqla qəbul olunmayıb. Səsvermə əsasən partiya xətti üzrə bölünüb – Demokratlar layihəni dəstəkləyib, Respublikaçılar isə əleyhinə çıxıblar.

Məlumata görə, demokrat senator Con Fetterman Respublikaçılarla eyni mövqedə səs verib, respublikaçı senator Rend Pol isə Demokratlara qoşularaq layihəni dəstəkləyib.

Qeyd olunub ki, qətnamədə prezidentdən açıq müharibə elan edilmədiyi və ya Konqres tərəfindən xüsusi icazə verilmədiyi halda ABŞ silahlı qüvvələrinin İrana qarşı hərbi əməliyyatlardan uzaqlaşdırılması tələb edilirdi.

Senatda Demokratların lideri Çak Şumer bildirib ki, Respublikaçılar mövqelərini dəyişənə qədər sənəd hər həftə səsverməyə çıxarılacaq.

“Bu fəlakətli müharibənin davam etdiyi hər gün Donald Tramp daha da dərinə batır”, – deyə o qeyd edib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla bağlı təkliflər təqdim olunana və danışıqlar yekunlaşana qədər atəşkəsin uzadılacağını açıqlayıb. Ağ Evin sözçüsü isə bildirib ki, bu proses üçün konkret son tarix müəyyən edilməyib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
redaktor.az

2Mənbələr