AZ

Böyük Britaniya və Fransa: Hörmüz boğazında naviqasiyada irəliləyiş mümkündür

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniya və Fransa Hörmüz boğazında naviqasiyanın bərpasında irəliləyişə ümid edir

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, Böyük Britaniya və Fransa Hörmüz boğazında naviqasiyanın bərpası istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə oluna biləcəyinə əmindir.

Bildirilib ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli və Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votrin London ətrafında keçirilən hərbi ekspertlərin konfransından sonra birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, diplomatik səylərin real nəticəyə çevrilməsi üçün müttəfiq ölkələr arasında aydın planlaşdırma, açıq müzakirələr və ciddi öhdəliklər tələb olunur.

Nazirlər həmçinin bildirib ki, prosesə töhfə verməyə hazır olan ölkələrin təşəbbüsləri alqışlanır və real irəliləyişin mümkün olduğuna inanırlar.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi konfransda təxminən 30 ölkədən nümayəndənin iştirak etdiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
50
redaktor.az

10Mənbələr