AZ

Almaniya müharibəyə hazırlaşır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Almaniyanın düşməni hesab olunacaq.

“Cebheinfo.az” “Caucasian Live”-ə istinadən xəbər verir ki, Almaniya özünün ilk hərbi strategiyasını qəbul edib.

Strategiyada Almaniya Rusiyanı əsas təhlükə kimi müəyyən edir və Avropada ən güclü ordu yaratmaq kursunu elan edir.

Müdafiə naziri Pistorius Almaniyanın hərbi strategiyasını və silahlı qüvvələrin inkişaf planını təqdim edib.

Təfərrüatlar məxfi saxlanılır, lakin Pistorius Putinin rəhbərliyi altında Rusiyadan gələn təhlükə barədə xəbərdarlıq edib.

Təqdim olunan konsepsiyaya görə, ən azı 460 000 alman əsgəri müttəfiqləri ilə birlikdə Rusiyanın mümkün hücumuna müqavimət göstərə bilməlidir.

Bildirilir ki, Moskva "NATO ölkələrinə hərbi hücum üçün ilkin şərtlər yaradır" və artıq Almaniya da daxil olmaqla, onlara qarşı hibrid əməliyyatlar aparır.

Qeyd olunur ki, Rusiya Qərbi fundamental olaraq düşmən kimi qəbul edir və alyansın birliyini pozmağa, ABŞ-ı Avropadan ayırmağa, NATO-nun dağılmasına səbəb olmağa və təsir dairəsini genişləndirməyə çalışır.

Yunis Abdullayev

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr