AZ

Martın 15-də keçirilən buraxılış imtahanının nəticələri açıqlandı

Bakı. Trend:

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı iltarixində keçirilmiş buraxılış imtahanının nəticələri elanolunub.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumatverilib.

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu)və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan)istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafiktəsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hərbir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrəqiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğrucavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri)ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələriniburadan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrəümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar)vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinəgöndərməklə də öyrənə bilərlər.

Seçilən
22
11
az.trend.az

10Mənbələr