AZ

“Bombardirlər siyahısında ön planda olmaq istəyirəm” – Ülvi Babayev

Moskva “Dinamo”sunun futbolçusu Ülvi Babayev açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan əsilli futbolçu bu barədə yerli mətbuata danışıb:

“Yaxın bir neçə mövsümdə özümü “Dinamo” ilə çempion kimi görürəm. Klub uzun müddətdir qızıl medalları qazana bilmir. Düşünürəm ki, növbəti mövsümdə də titul uğrunda mübarizə aparmaq realdır, hər şey mümkündür. İstərdim çempionatda həm bombardirlər, həm də assistlər siyahısında ön sıralarda olum və komandamın çempionluğuna kömək edim. İmkanlarımız kifayət qədərdir”.

Ü.Babayev Moskva “Spartak”ına keçəcəyi ilə bağlı  iddialara da cavab verib:

“Spartak”la bağlı vəziyyət necə oldu? Açığı, bu mövzunu hamı üçün birdəfəlik bağlamaq istəyirəm. Detallara varmaq fikrim yoxdur”.

Seçilən
42
idmanxeber.az

1Mənbələr